Elmira Qədimova: “Hemofiliyalı xəstələrin dövlət reyestrinin yaradılması 3 günlük iş deyil”

Elmira Qədimova: “Hemofiliyalı xəstələrin dövlət reyestrinin yaradılması 3 günlük iş deyil”

\"Hemofiliyalı xəstələrin dövlət reyestrinin yaradılması 3 günlük iş deyil\". SİA-nın xəbərinə görə, bunu Respublika Elmi Praktiki Hemofiliya Mərkəzinin rəhbəri (REPHM) Elmira Qədimova deyib. O bildirib ki, bir çox ölkələrdə, hətta nəhəng Rusiyada belə bir sistem yoxdur. Onun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə ardıcıl işlər aparılır.


"Xəstələrin siyahısı hazırlanır, reyestrin hansı formada yaradılması üzərində işlənilir. Paytaxtla yanaşı, əyalətlərdə olan xəstələrlə bağlı məlumatlar bu reyestrdə öz əksini tapacaq. Bu sistem dərmanların paylanması işini də asanlaşdıracaq. Reyestrin nə zaman hazır olacağı ilə bağlı dəqiq bir söz deyə bilmərəm. Reyestr kiçik bir şey deyil. Hər bir mərkəzdə reyestr var və burada xəstələr barədə məlumatlar toplanır. Hemofiliyalı xəstələrin dövlət reyestrində isə bütün respublika üzrə xəstələr haqqında məlumatlar toplanacaq. Bu isə asan məsələ deyil", - deyə o əlavə edib.


E.Qədimova qeyd edib ki, hemofiliyalı xəstələr qeydiyyatsız ola bilməz. Onun sözlərinə görə, kişilərdə hemofiliya A və B, qadınlarda isə anqo-hemofiliya təsadüf eidlir: "Kiçik yaşlarından hemofiliya iməkləyən zaman qansızmalar, oynaqlarda şişkinlik nəticəsində aşkar olunur. Gizli formada hemofiliyalar da var. 8 və 6-cı formada aktivlik 10%-dən yuxarı olanda insanlar onlarda hemofiliyanın olmadığını bilə bilərlər"

Bütün xəbərlər Facebook səhifəmizdə