Hazırda orta məktəblərində 65 yaşlı 17 471 müəllim fəaliyyət göstərir
Təhsil Nazirliyi ölkənin ümüumtəhsil məktəblərində çalışan 65 yaşlı müəllimlərin statistik göstəricilərini açıqladı. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, hazırda Naxçıvan Muxtar Respublikası istisna olmaqla, ölkənin orta məktəblərində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam olacaq 17 471 müəllim fəaliyyət göstərir. 65 yaşı tamam olan və ya cari ilin sonuna kimi 65 yaşı tamam olacaq təhsil işçilərinin 497-si direktor, 11 385-i direktor müavini və müəllimlərdir. Həmin kadrların 449-u digərləri kateqoriyasına aid edilən laborant, psixoloq, tərbiyəçi, kitabxana müdiri, kitabxana işçisi, uşaq birliyi rəhbəri, tibb baçısı, 5 140-ı isə texniki işçi, yəni ocaqçı, anbardar, bağban, gözətçi, aşbaz, bufetçi, sürücü, qabyuyan, usta və sairədir.
Məlumatda həmçinin bildirilib ki, hazırda Bakının orta ümumtəhsil
müəssisələrində 65 yaşı tamam olan və bu il dekabrın 31-dək 65 yaşı tamam
olacaq 3403 nəfər işləyir ki, onlardan da 39-u direktor, 2013-ü direktor
müavini və müəllimlər, 59-u digər işçilər, 1292-si texniki işçilərdir.
Qeyd edək ki, "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliyə görə, dövlət
qulluğunda çalışan dövlət qulluqçulaırnın yuxarı yaş həddi 65 müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB