Orta məktəbləri bitirəcək məzunlar üçün daha bir yenilik...

Orta məktəbləri bitirəcək məzunlar üçün daha bir yenilik...

Bakı şəhər üzrə Təhsil İdarəsi Azərbaycanın müstəqillik tarixində daha bir ilkə imza atacaq. Belə ki, ilk dəfə olaraq iyunun 30-da Bakıda orta məktəblərin məzunları üçün buraxılış gecəsi təşkil olunacaq. Bu barədə SİA-ya BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, ayrı-ayrı məktəblərdə buraxılış gecəsi keçirilsə də, bu formada kütləvi və yüksək səviyyəli buraxılış gecəsi ilk dəfə təşkil olunacaq.

Tədbirin həmçinin idarənin yaradılmasının 5 illiyinə həsr ediləcəyini deyən Z.Əliqızı qeyd edib ki, bu mərasimdə 11-ci sinfin nümunəvi, istedadlı, müxtəlif sahələr üzrə yarışların qalibi olan şagirdlər iştirak edəcək: "Buraxılış gecəsinin rəsmi hissəsindən sonra BŞTİ-nin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin istedadlı şagirdlərinin konsert proqramı təqdim olunacaq. Konsert proqramından sonra uşaqlar üçün diskoteka təşkil ediləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə