Zeynəb Kazımova: “Akademik borcu olan tələbələrin ali məktəbdən xaric olunması məsələsi nəzərdə tutulmayıb”
Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələrin ali məktəbdən xaric olunması məsələsi nəzərdə tutulmayıb. Bu barədə SİA-ya ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova məlumat verib. O bildirib ki, universitetdə dərslər kredit sisteminə əsasən keçirilir. Onun sözlərinə görə, hər hansı bir akademik borcu olan tələbə növbəti il yenidən həmin kursu dinləyə bilər. Z.Kazımova vurğulayıb ki, kredit sisteminə əsasən hər hansı bir fəndən akademik borcu olan tələbə həmin kursu yenidən mənimsəyir, tam hazır olduqda isə müvafiq imtahanını verir.
"Bütün akademik borcları silindikdən sonra bakalavr ali məktəbi bitirmiş hesab olunur. Bu müddət ərzində o universitetdən xaric olunmur. İndiyə qədər ali məktəbdə belə bir fakta rast gəlinməyib", - deyə o əlavə edib.
Universitetdə həyata keçirilən imtahanlara gəlincə, Z.Kazımova qeyd edib ki, bütün ali məktəblərdə olduğu kimi, Azərbaycan Dillər Universitetində də iyunun 1-dən etibarən yay imtahan sessiyası başlayıb: "İyunun 10-dək tələbələr tərəfindən bu və ya digər məsələlərlə bağlı şikayət daxil olmayıb. Bu vaxta kimi ingilis dili və filologiya fakultələri tələbələrinin nəticələri ləğv edilib. Onların imtahan nəticələrinin ləğv edilməsinə səbəb köçürməyə cəhd göstərilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB