Ali təhsil müəssisələrinin magistraturalarına ikinci mərhələnin seçimi davam edir

Ali təhsil müəssisələrinin magistraturalarına ikinci mərhələnin seçimi davam edir

Ali təhsil müəssisələrinin magistraturalarına 20 fevral 2011-ci il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrların internetlə proqram və ixtisaslaşma seçimi davam edir.

SİA-nın xəbərinə görə, 13 iyun saat 11:30-a olan məlumata əsasən, 2520 bakalavrinternetlə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq ediblər.

Xatırladırıq ki, təsdiq prosesi iyunun 15-də (saat 10:00-da) başa çatacaq. Hələ də proqram və ixtisaslaşma seçiminitəsdiqləməyən bakalavrların qeyd olunan proseduru vaxtında icra etmələri tələb olunur. Əks halda, onlar iyunun 26-da keçiriləcək magistraturaya qəbul imtahanının ikinci mərhələsinə buraxılmayacaqlar.


Bütün xəbərlər Facebook səhifəmizdə