Bu gün Azərbaycanın orta məktəblərində növbəti buraxılış imtahanları keçirilir

Bu gün Azərbaycanın orta məktəblərində növbəti buraxılış imtahanları keçirilir

Bu gün Azərbaycanın orta məktəblərində ümumi orta və tam orta təhsil səviyyələri üzrə növbəti buraxılış imtahanları keçirilir. Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, növbəti imtahanlar Ağdam, Ağstafa, Bərdə, Füzuli, Gədəbəy, Qazax, Şəmkir, Tovuz və Yevlax rayonları üzrə keçirilir.

11-ci sinif şagirdləri üçün imtahan saat 10.00-da başlayıb və 3 saat davam edəcək. 9-cu sinif şagirdləri üçün isə saat 15.00-da başlayacaq və 1 saat yarım davam edəcək.


Növbəti imtahanlar iyunun 16-da Astara, Biləsuvar, Cəlilabad, Lənkəran, Masallı, Salyan və Neftçala rayonları üzrə keçiriləcək. Son buraxılış imtahanları isə iyunun 17-18-də Bakıda olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com