Məlum olduğu kimi SSRİ suquta uğradıqdan sonra postsovet məkanında rus dili dərsləri demək olar ki, ləğv edildi. Daha sonra isə ümumiyyətlə, rus məktəbləri bağlanmağa başlandı. Bu proses Ukraynada da sürətlə getdi.
Nəzərə alsaq ki, MDB dövlətinin vətəndaşları bir-biri ilə rus dilində danışırlar. Bu baxımdan sözügedən dilin tədrisi qaçılmaz oldu. Bu gün təkcə Kiyevdə 10-a yaxın rus məktəbi, bir çox məktəblərdə isə rus sinifləri mövcuddur. Lakin elə vilayətlər var ki, rus məktəbi azlıq təşkil edir. Bir çox şəhərlər isə əvvəldən də rus məktəblərini qoruyub saxlamaqla yanaşı, bu gün isə onların sayını maksimuma çatdırır. Odessa da belə şəhərlərdəndir.
SİA-nın verdiyi məlumata görə, bu günlərdə Odessa meri Aleksey Kostusev Moskvanın "Exo" radiostansiyasına verdiyi müsahibəsində Odessa məktəblisinin iki dildə dərs keçəcəyini rəsmən açıqlayıb. O deyib ki, bizim şəhərdə rus dilli və ya ukrayndilli məktəb sözü olmayacaq. "Bütün dərslər iki dildə keçiriləcək, kim hansı dildə oxumaq istəyirsə buna qadağa yoxdur".
Bütün bunlara baxmayaraq Ukraynada dövlət dili ukrayın dili olduğu üçün bu dildən şagirdlər imtahan verməlidirlər.
Əlmaniz ƏLƏKBƏRLİ, Şərqi Avropa və Ukrayna bürosu
Bütün xəbərlər Facebook səhifəmizdə