“Yay imtahan sessiyasında 2 tələbənin nəticəsi ləğv edilib”-AÇIQLAMA
Bütün ali məktəblərdə olduğu kimi, Azərbaycan Dillər Universitetində də iyunun 1-dən etibarən yay imtahan sessiyası başlayıb. ADU-nun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi xəbərə görə, yay imtahan sessiyası 5 fakültənin əyani gündüz, 1 saylı İngilis dili fakültəsinin əyani gündüz və qiyabi şöbələrində, 2 saylı İngilis dili fakültəsinin isə əyani gündüz və axşam şöbələrində aparılır.
Qiyabi şöbədə sessiya müddətinin iyunun 1-dən 30-dək müəyyən edildiyini deyən mətbuat xidmətinin rəhbəri qeyd edib ki, yay imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah da yaradılıb: "Bununla yanaşı, ADU-nun 440-35-05, 440-6482 saylı şəhər və 146, 264 saylı daxili telefonları, eləcə də [email protected] ünvanlı elektron poçtu "Qaynar xətt" elan edilib. Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki, imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını təmin etmək, həmçinin bütün fakültələr üzrə imtahan sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq nəzarət qurumlarına təqdim etmək tapşırılıb".
Z.Kazımova vurğulayıb ki, bu gündən Operativ Qərargahın üzvləri bütün fakültələrdə qutulara baxış keçiriblər. Onun sözlərinə görə, bu zaman da hər hansı bir neqativ hallarla bağlı hər hansı şikayət daxil olmayıb: "Ötən il tələbələr bəzi nəzarətçilərlə bağlı şikayəti olmuşdu. Cari il bütün bunların qarşısını almaq üçün rektorun müvafiq əmri vardı. Ancaq iyunun 10-dək tələbələr tərəfindən bu və ya digər məsələlərlə bağlı şikayət daxil olmayıb. Bu vaxta kimi ingilis dili və filologiya fakultələri tələbələrinin nəticələri ləğv edilib. Onların imtahan nəticələrinin ləğv edilməsinə səbəb köçürməyə cəhd göstərilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB