\"İyunun 8-dən etibarən bakalavrlar elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını və ixtisaslaşmaları seçib təsdiq etməlidirlər. Bu vaxta kimi ikinci mərhələyə buraxılan 8 minədək bakalavrdan yalnız 508 nəfəri öz proqramını seçərək təsdiq etdirib\". SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, onlar üçün ayrılan vaxt iyunun 15-i saat 10:00-da başa çatacaq. Seçilən ixtisaslar arasında 27 və 62-ci proqramların üstünülük təşkil etdiyini deyən M.Abbaszadənin sözlərinə görə, 27-ci proqram üzrə 48, 62-ci proqram üzrə isə 56 bakalavr öz ərizəsini təsdiqləyib.
M.Abbaszadə ali məktəblərdə təhsil haqlarının artırılması məsələsinə də münasibət bildirib. O qeyd edib ki, dövlət ali təhsil müəssisələrində ödənişli ixtisaslar üzrə təhsil haqlarının qaldırılması TQDK-ya aid məsələ deyil: "TQDK yalnız qiymətlər təsdiq olunan sənədlər vasitəsilə daxil olduqdan sonra onu açıqlayır. Düşünürəm ki, təhsil haqlarının artırılması təhsilin keyfiyyətinin artırılmasına xidmət etməlidir. Təhsil haqlarının hesablanması üçün xüsusi metodikalar var. Bu bütün dünyada belədir. Mən bilmirəm ki, bu metodikalardan nə dərəcədə istifadə edib lazımi addımı atıblar. Ümidvaram ki, bu addımın elmi əsasları var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB