TQDK sədri: “Abituriyentlərə göstəriş verilib ki, “Araz” hazırlıq kursunun təşkil etdiyi sınaqlara getsinlər” - MÜNASİBƏT
"Tələbə Qəbulu kampaniyasının əsas mərhələlərindən olan təşkilatı işlərlə bağlı aparılan tədbirlər artıq yekunlaşmaq üzrədir. TQDK tərəfindən respublikanın müxtəlif şəhərlərində 2011-ci ildə qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulan 150-dən artıq binaya baxış keçirilib. Həmin binaların imtahana yararlılığı müəyyən edilib, texniki pasportları müəyyənləşdirilib. İmtahan binaları haqqında yenilənmiş məlumat "imtahan yerləri baza"sına daxil edilib". SİA-nın xəbərinə görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə məlumat verib. O bildirib ki, komissiya tərəfindən qəbul imtahanına yararlı hesab edilən binaların təhlükəsizlik baxımından yoxlanılması istiqamətində Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.
M.Abbaszadə vurğulayıb ki, TQDK-nın nəzarətçilər bazası 8000-dək müəllim və təhsil işçisindən ibarətdir və onların imtahana cəlb olunması müqavilə yolu ilə aparılır.
"Bu il keçirilən sınaq imtahanlarında Bakı şəhəri üzrə 3701 nəfər, respublikanın digər bölgələrində isə 2298 nəfər nəzarətçi müəllim iştirak edib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il keçirdiyi qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlərin və imtahan rəhbərlərinin 30-40 faizi yenilənir. Nəzarətçiləri adı siyahıdan yalnız iş keyfiyyətinə görə çıxarılmır. Yaş həddi və səhhəti nəzarətçi olmağa imkan verməyənlərin də adları bazadan silinir. Hazırda TQDK-nın builki nəzarətçilər bazasında 5 mindən çox nəzarətçi müəllimlər haqqında məlumat toplanılıb ki, onlar təkcə Bakı deyil, Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran, Şəki məktəblərindən seçilib. Bu il dəvət olunan yeni nəzarətçilərin hamısı sınaq imtahanlarında iştirak ediblər. Elə nəzarətçilər var idi ki, biz onları sınaq imtahanları vasitəsilə yoxlayanda yararsız olduqlarını gördük və bazaya daxil etmədik",- deyə o əlavə edib.
M.Abbaszadə onu da əlavə edib ki, bu il keçirilən sınaq imtahanlarında 77 min abituriyent fərdi iştirak edib: "Sınaqlarda iştirak edən ümumi abituriyentlərin sayı isə 250 minə yaxındır. Onlardan 19 min nəfəri ali məktəblərə qəbul imtahanlarında iştirak üçün sənəd təqdim etməyib. Sınaq imtahanlarında iştirak edən qalan abituriyentlər əsasən, bu ilin məzunlarıdır. Sınaq imtahanlarında abituriyentlərin bir hissəsi müsabiqədə iştirak üçün tələb olunan orta balı toplaya bilib. Sınaq imtahanında iştirak edən abituriyentin nəticəsi adətən, onun qəbul imtahanlarında topladığı nəticəyə uyğun olur. Türk liseylərinin müəyyən qədər məzunu TQDK-nın sınaq imtahanlarına gəlmirlər. Çünki onlara göstəriş verilib ki, bizim sınağa deyil, "Araz" hazırlıq kursunun təşkil etdiyi sınaqlara getsinlər. Ona görə də onların nəticəsi TQDK-nın keçirdiyi sınaq imtahanlarının nəticələrində öz əksini tapmayıb. Biz yalnız təxmini deyə bilərik ki, qoyduğumuz həddi - hər qrupda 250 balı, III qrupda 300 balı kifayət qədər abituriyent toplayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB