2011/2012 -ci tədris ili üçün orta ixtisas müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu başlayır

2011/2012 -ci tədris ili üçün orta ixtisas müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu başlayır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2011/2012 -ci tədris ili üçün orta ixtisas müəssisələrinə ümumi orta təhsil bazasında (9 illik) tələbə qəbulu elan edir. SİA-nın xəbərinə görə, bu barədə TDQK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər iyunun 28-dən avqustun 20-dək internet vasitəsilə elektron ərizələrini doldurmalıdırlar. Onun sözlərinə görə, abituriyentlər tələb olunan sənədləri təhsil aldıqları təhsil müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edərək ərizələri təsdiq etdirirlər. M.Abbaszadə vurğulayıb ki, Sənəd Qəbulu Komissiyaları hər gün səhər saat 9-dan 17-dək fəaliyyət göstərir. Onun sözlərinə görə, əcnəbilər, vətəndaşlığı olmayan və təhsilini xaricdə almaq istəyən şəxslər sənədlərini TDQK-da və yaxud da TDQK-nın regional bölmələrində yaradılan sənəd qəbulu komissiyasına təqdim etməklə ərizələrini təsdiq etdirə bilərlər.

"Hər bir abituriyent internet vasitəsilə qeydiyyatda keçərkən əldə etdiyi iş nömrəsi və şifrəni, ümumi təhsil haqqında şəhadətnamənin əslini, təhsil aldıqları müəssisədə ümum orta təhsil haqqında orta təhsil səviyyəsi üzrə şəhadətnamənin nömrəsi göstərilən və fotoşəkil olan arayışı, şəxsiyyət vəsiqəsini, əcnəbilər və yaxud da vətəndaşdığı olmayan şəxslər isə milli pasport və ya Azərbaycanda qeydiyyat haqqında vəsiqəni və yeni çəkilmiş iki ədəd fotoşəkili təqdim etməlidirlər. Hər bir abituriyent eyni zamanda, müxtəlif təhsil müəssisələrinin təhsili dövlət hesabına və yaxud da ödənişli olan 12-dək ixtisas kodu seçə bilər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər isə ilk növbədə ümumi qaydada elektron ərisini doldurmalı və onu təsdiq etdirmədən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə xüsusi turda iştirak etməldir. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər ilk növbədə ümumi qaydada elektron ərizə formasını doldurmalı və onu təsdiq etdirmədən əvvəl yaradıcılıq qabiliyyətinin yoxlanılması məqsədilə seçim turda iştirak etməlidirlər. İyunun 28-dən iyulun 20-dək seçmə turlarda iştirak etmək üçün Qeydiyyat Komissiyasında qeydiyyatdan keçməlidirlər. İyulun 30-dan avqustun 5-dək TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyalarında keçirilən seçmə turlarda iştirak etməlidirlər. Seçmə turda iştirak etdikdən sonra avqustun 10-dək müvafiq SQK-da ərizəsini təsdiq etdirməlidir", - deyə o əlavə edib.

M.Abbaszadə qeyd edib ki, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı ətraflı məlumat, o cümlədən qəbul aparılan ixtisasların siyahısı yaxın vaxtlarda "Abituriyent" jurnalının 4-cü sayında dərc olunacaq: "Hələlik ixtisasların siyahısı Nazirlər Kabineti tərəfindən təsdiqlənərək komissiyaya təqdim edilməyib. Ancaq abituriyentlər iyunda sənədlərini təqdim etsinlər ki, sonra da ixtisasları seçərək onları təsdiq etdirmək rahat olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə