Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 3 779 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt”inə 3 779 müraciət daxil olub

Səhiyyə Nazirliyinin "Qaynar xətt" xidmətinə (565-12-64) 23.02.2011-ci il tarixindən 01.06.2011-ci il tarixinədək 3 779 müraciət daxil olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, daxil olmuş müraciətlərin 1718-i şikayət, 1139-u – sorğu xarakterli müraciətlərdi, 205-i aidiyyəti üzrə deyil, 717-si isə cari problemlərə bağlı olub.

"Qaynar xətt" xidmətinə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən dinlənilir, qeydə alınır və araşdırılır. Bu günə kimi daxil olan bütün şikayətlər barədə müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə