Nazirlik rəsmisi: “Gələn tədris ili üçün IV siniflər üzrə kurrikulum əsasında yeni 40 adda dərslik hazırlanacaq”
\"Bu gün Təhsil Nazirliyinin dərslik siyasətinin əsasını növbəti tədris ili üçün yeni dərsliklərin hazırlanması təşkil edir. Növbəti tədris ilinə 102 adda dərslik və müəllim üçün metodik vəsaitin hazırlanması planlaşdırılır\". Bu barədə SİA-ya açıqlamasında Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. O bildirib ki, II sinif üçün 2 dərslik, VII-XI siniflərdə bir sıra fənlər üzrə dərsliklər hazırlanacaq. IV sinfin bütün dərslik komplektlərinin tamam dəyişdiyini deyən nazirlik rəsmisi vurğulayıb ki, onların hamısı kurrikulum əsasında hazırlanır.
"IV siniflər üçün tamamilə yeni 40 adda dərsliyin hazırlanması planlaşdırılır. Bu dərsliklərin bir neçəsi hazırlanaraq artıq bazaya verilib. Bu iş davam etdirilir, tenderlər keçirilir, onun nəticələri artıq hazırdır və bu işlərin reallaşması üçün işlər görülür", - deyə o əlavə edib.
Dərsliklərin məktəblərə paylanılmasına gəlincə, F.Şahbazlı qeyd edib ki, sentyabrın 15-dək hələki 3 aydan çox vaxt qalıb. Onun sözlərinə görə, hər halda bu dərsliklər vaxtında yerlərə çatdırılacaq.
F.Şahbazlı həmçinin, elektron dərsliklərin hazırlanması məsələsinə də münasibət bildirib. O vurğulayıb ki, elektron dərsliklər kimya, fizika, biologiya və tarix fənləri üzrə hazırlanıb və hazırda bu istiqamətdə işlər davam etdirilib. Onun sözlərinə görə, ayrı-ayrı müəllimlərin hazırladığı vəsaitlər təhsil portalında yerləşdirilib. Şöbə müdirinin sözlərinə görə, müəllimlər də həmin qabaqcıl təhsil işçilərinin təcrübəsindən istifadə edib yararlana bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB