Səhiyyə Nazirliyi: “Narkoloji Dispanserin baş həkiminin həbs edilməsini mətbuatdan eşitmişik”-AÇIQLAMA

Səhiyyə Nazirliyi: “Narkoloji Dispanserin baş həkiminin həbs edilməsini mətbuatdan eşitmişik”-AÇIQLAMA

Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserin baş həkiminin korrupsiya faktı ilə bağlı saxlanılması və cinayət məsuliyyətinə cəlb edilməsinə münasibət bildirib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli SİA-ya açıqlamasında bildirib ki, faktla bağlı prokurorluq tərəfindən nazirliyə hələ ki hər hansı bir rəsmi sənəd daxil olmayıb. Bu barədə mətbuatdan xəbər tutduqlarını deyən A.Qədirli bildirib ki, hələlik prokurorluqdan nazirliyə rəsmi bir sənəd göndərilməyib.

"Hələlik bu sənədi gözləyirik, bundan sonra mövqe müəyyənləşəcək. Belə bir istintaq və cinayət işi aparılırsa, prokurorluq orqanları Səhiyyə Nazirliyini bu barədə məlumatlandırmalıdır. Ondan sonra Səhiyyə Nazirliyi artıq öz səlahiyyətləri çərçivəsində tədbirlər görəcək", - deyə o əlavə edib.

Korrupsiya və rüşvətxorluğun qarşısının alınması istiqamətində Səhiyyə Nazirliyi çərçivəsinə görülən işlərə gəlincə, mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, ilk növbədə "Qaynar xətt" yaradılaraq şikayəti olanların və xəstələr istifadəsinə verilib. İkinci isə Səhiyyə Nazirliyində xüsusi daxili nəzarət sektoru yaradılıb. Səhiyyə Nazirliyinin işçiləri böyük tibb müəssisələrinə təhkim olunub. Araşdırmalar və "Qaynar xətt"ə daxil olan müraciət nəticəsində bir sıra rəhbər vəzifə tutan həkimlər işdən uzaqlaşdırılıb. Biz bu məlumatları açıqlamışıq. Müraciətlər həm nazirliyin, həm də Baş prokurorluğun "Qaynar xətt"inə daxil olur. Biz bunların hamısını nəzarətdə saxlayır və lazımi araşdırmalar aparırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə