Gəncədə şagirdlər vərəmə qarşı müayinə olunub

Gəncədə şagirdlər vərəmə qarşı müayinə olunub

Gəncənin orta məktəb şagirdlərinin vərəmə qarşı müayinəsi demək olar ki, başa çatmaq üzrədir.

Aparılan profilaktik tədbirlər nəticəsində 3000-dən artıq şagird müayinədən keçib. Bunların 3 nəfərində virusun əlamətləri aşkar edilib və şagirdlər müayinəyə cəlb olunub. Gəncə şəhər Ağciyər Xəstəlikləri Dispanserindən SİA-ya verilən məlumata görə, xəstəliyə tutulma ehtimalı yüksək olan şagirdlərin müalicəsi sürətləndirilib. Hazırda isə Dispanserdə 1100 nəfər qeydiyyatdadır. Bunlardan 100-dən çoxu aktiv vərəm daşıyıcısıdır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə