Nazir Quliyev: “Azərbaycanda 58 mindən yuxarı əlliliyi olanlardan yalnız 2 minə yaxını təhsilə cəlb olunub”

Nazir Quliyev: “Azərbaycanda 58 mindən yuxarı əlliliyi olanlardan yalnız 2 minə yaxını təhsilə cəlb olunub”

\"Bu gün tərbiyə müəssisələrindəki uşaqların çoxu peşə qabiliyyətlərinə, təhsilə lazımi səviyyədə yiyələnə bilmirlər\". SİA-nın xəbərinə görə, bunu Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı İdarə Heyətinin sədri Nazir Quliyev deyib. O bildirib ki, bu uşaqlar bazar iqtisadiyyatı dövründən istənilən səviyyədə yararlana və özlərinə layiqli yerləri tuta bilmirlər. N.Quliyevin sözlərinə görə, onların sonradan iş tapmaq və özlərinə cəmiyyətdə yer tutmaq çətin olur: "Bu baxımdan alternativ xidmətlərin həyata keçirilməsi, uşaqların qanunla nəzərdə tutulan hüquqlarının tanınması istiqamətində işlər həyata keçirilməlidir. Həmin uşaqların işlə, mənzillə təminatında, peşə hazırlığında mövcud durum heç də qəneedici deyil".

Təşkilat rəhbəri qeyd edib ki, bu istiqamətdə himayədar ailələrin yaradılması işi sürətləndirilməlidir. Onun sözlərinə görə, bununla yanaşı, uşaqların internata düşməsinin qarşısını almaq üçün mühüm işlər həyata keçirilməlidir.

"Əliliyi olan uşaqların təhsilə cəlb edilməsi vacib məsələlərdəndir. Hazırda Azərbaycanda 58 mindən yuxarı əlliliyi olan uşaqdan yalnız 2 minə yaxını təhsilə cəlb olunub. Bu da böyük bir göstərici deyil. Bəzi hallarda əlliliyi olan uşaqların valideynlərinin imkanları hesabına onlar evdə fərdi şəkildə təhsilə cəlb olunurlar. Böyük bir qismi isə təhsildən kənar qalır. İnternet müəssisələrini tərk edən gənclərin sonradan cəmiyyətə uyğunlaşması mühüm əhəmiyyət kəsb edir. Sosial reabilitasiya mərkəzinə 150 uşaq cəlb olunub. Onlardan yalnız 3 nəfəri təkrar cinayət törədib. Bəzən reabilitasiya mərkəzlərində təkrar cinayət törədənlər daha az sayda təşkil edir. İnternat məktəblərini tərk edənlərin çoxu iş tapmaqda, cəmiyyətdə özünə yer tutmaqda çətinlik çəkirlər", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə