Həmişə fərqli layihələri ilə seçilən Bakı Slavyan Universitetinin (BSU) özünəməxsus formatda təşkil etdiyi "Səfir saatı" klubunun iyunun 8-də növbəti qonağı – Ukrayna Respublikasının Azərbaycana yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Aleksandr Pavloviç Mişşenko oldu. BSU-nun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Ukrayna dilini öyrənən tələbələr və universitetin müəllim kollektivi iştirak edib. Artıq ənənə halını almış "Səfir saatı"nı giriş sözü ilə BSU-nun Tədris İşləri üzrə prorektoru, professor Asif Hacıyev açıb. Bakı Slavyan Universitetinin Ukrayna ilə əlaqələri, bu əməkdaşlığın perspektivləri haqqında məlumat verən prorektor ölkələrimiz arasında artan templə inkişaf edən dostluq münasibətələrindən ətraflı məlumat verib.
Tələbələr qarşısında çıxış edən səfir dəvətə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib. Özü haqqında qısa məlumat verdikdən sonra Azərbaycana səfir təyin olunmasından və diplomatik fəaliyyətindən danışan A.P.Mişşenko ölkəmizin Ukraynanın xarici siyasətində xüsusi bir çəkiyə malik olduğunu qeyd edib: "Tələbə auditoriyalarında keçirdiyim görüşlər mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb. Azərbaycana səfir təyin olunandan sonra ilk görüşdüyüm rektor BSU-nun rektoru Kamal Abdullayev olub. Çünki mən bilirdim ki, BSU-da Ukrayna Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Biz bu mərkəzin inkişaf etməsi üçün əlimizdən gələni edəcəyik və çalışacağıq ki, mərkəz ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələrinin güclənməsində mühim rola malik olsun".
Ukraynşünas tələbələrin və müəllimlərin suallarını səmimi şəkildə cavablandıran A.P.Mişşenko tədbirin sonunda BSU-nun "Fəxri Qonaqlar Kitab" ına ürək sözlərini yazdı və tələbələrlə xatirə şəkli çəkdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB