Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin baş həkimi tutuldu

Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin baş həkimi tutuldu

Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinin baş həkimi Könül Vəliyeva cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə hüquq-mühafizə orqanlarından bildirilib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov SİA-ya açıqlamasında bu faktı təsdiqləyib. Məlumata görə, K.Vəliyeva korrupsiya faktı ilə bağlı saxlanılıb. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən Narkoloji Dispanserdə yol verilən korrupsiya faktları ilə bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə