Təhsil Nazirliyi “Azərbaycan tarixi” dərsliklərindəki səhvlərlə bağlı yayılan məlumatlara münasibət bildirdi - MÖVQE
Təhsil Nazirliyi "Müasir İnkişaf" İctimai Birliyinin ötən gün 7-ci sinif "Azərbaycan tarixi" dərsliyinin monitorinqinin nəticəsi olaraq açıqladığı səhvlərə münasibət bildirib. Nazirliyin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı SİA-ya verdiyi açıqlamasında bildirib ki, tarixçi Vəli Əliyevin tələbəsi, İctimai Birliyinin sədri Mübariz Aşırlı ittihamla çıxış edərək tarix kitablarını görmək istədiyi kimi görmək istəyir.
Dərslik haqqında bəzən ondan təsəvvürü olmayan insanların fikir söylədiyini deyən şöbə müdiri vurğulayıb ki, dərsliklərin hamının diqqət yetirdiyi tərəfləri ilə bərabər, onun tərtibi prinsiplələri və elmi tərəfləri var: "Bunları da hamı bilmir. Biz həmişə demişik ki, dərsliklərdə problemlər olur. Dərsliklər inkişaf etdikcə hər dəfə orta məktəb müəllimləri o dərslikləri nəzərdən keçirir, münasibət bildirir və yeni nəşrlərdə bütün bunlar nəzərə alınır. Məlumat üçün onu deyək ki, 7-ci sinfin çap olunmamış yeni dərslikləri üçün siqnal nüsxəsi həmin təşkilata təqdim edilib. 7-ci sinfin "Azərbaycan tarixi" dərsliyi üzərində işlənilərək yenidən hazırlanıb. Təhsil Nazirliyi ümumiyyətlə, dəsliklərə münasibət bildirən hər adamın fikirinə hörmətlə yanaşır. Şəxsən mən bizim dərsliklərlə bağlı fikirlərini söyləyən hər bir şəxsə öz dərin minnətdarlığımı bildirirəm. Əlbəttə, yaxşı tərəfi bizi daha da ruhlandırır ki, yaxşı işləyək. Pis tərəfin də fikirləşirik ki, burda arzu olunmaz bir şey varsa və ya şagirdin yaşına uyğun deyilsə, qeyri-dəqiqdirsə biz onları aradan qaldırmağa və bu istiqamətdə işləməyə həmişə hazırıq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB