Türkiyə universitetlərinin magistratura səviyyəsinə Azərbaycan vətəndaşlarının ərizə qəbulu vaxtı uzadılıb
Türkiyə Respublikasının universitetlərinin magistraturasına Azərbaycan Respublikası ali təhsil müəssisələrinin bakalavriatura səviyyəsini bitirmiş və ya cari ildə bakalavriatura səviyyəsinin sonuncu kursunda təhsil alan, 1 yanvar 2011-cu il tarixinə yaşı 27-yə çatmamış, bakalavr pilləsi üzrə orta balı 5 ballıq qiymət şkalasında 4-dən (100 ballıq şkalada - 70-dən) aşağı olmayan, 20 fevral 2011-ci il tarixdə keçirilmiş ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsindəki nəticəsi minimal tələbi ödəyən Azərbaycan Respublikası vətəndaşları qəbul oluna bilərlər. SİA-nın xəbərinə görə, magistratura səviyyəsinin tələbəsi və ya məzunu olan, həmçinin hərbi xidmətdən möhləti olmayan şəxslər bu hüquqa malik deyillər.
Bakalavrlar Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan doldurulmuş ərizə formasını, şəxsiyyət vəsiqəsini, "Bakalavr haqqında arayış"ı və hərbi xidmətdən möhlət haqqında sənədi 23 may- 14 iyun 2011-ci il müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında təşkil olunmuş Sənəd Qəbulu Komissiyasına (SQK-ya) təqdim edib qeydiyyatdan keçməlidirlər (ünvan: akademik Həsən Əliyev küçəsi, 17). Türkiyə Respublikası universitetlərinin magistraturasına qəbulda iştirak etmək üçün tələb olunan ərizə formasınıhttp://www.ytb.gov.tr/Files/Document/lisans-basvuru-formu.pdfinternet saytından əldə etmək olar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB