Azərbaycanın orta məktəblərində tədris olunan tarix dərsliyi ilə bağlı məsələlər yenidən gündəmə gəlməlidir. SİA-nın xəbərinə görə, bunu "Azərbaycan tarixi" dərsliyinin (7-ci sinif) monitorinqinin nəticələri" layihəsinin eksperti Tariyel Faziloğlu deyib. O bildirib ki, tarix dərsliklərində aparılan monitorinqlərin nəticəsində bir sıra çatışmayan cəhətlər ortaya çıxıb. Burada həcm balansının gözlənilmədiyini deyən ekspertin sözlərinə görə, elə mövzular var ki, 2 səhifədir, eləsi də var ki, yarım səhifə tutur, dərslikdə yer alan məsələlər çox ziddiyətlidir.
"Bəzi mövzular qarışıq verilib və müəllimlərin özləri də onu uşaqlara çatdırmaqda çətinlik çəkirlər. Dərslikdə o dövrün insanlarının yaşam tərzi, dünyagörüşü ilə bağlı verilən məlumatlar azdır. Hökmdarlar haqqında fikirlər yenə də Sovet psixologiyasını ortaya qoyur. Dərslik elmi və ağır dildə yazılıb. Cümlələr o qədər uzun olur ki, uşaqlar bunu oxuyanda yorulur, bəzən oxumur, ya da məcburiyyət qarşısında qalıb mövzunu əzbərləyirlər. Bundan başqa, dərslik öz funksiyasını yerinə yetirmir. Ədəbiyyat və mədəniyyətlə bağlı hadisələr bir-birinə uyğun gəlmir. Bu da müəllimlər arasında fikir ayrılığı yaradır. Dinlərarası münasibətlərdə tamam fərqli bir şəkildə müzakirə edilir. Dərslikdəki ayrı-seçkiliyə son qoyulmalıdır. Bu fikirlərdən sonra tolerant bir dövlətin vətəndaşını necə yetişdirmək olar. Dərsliyin ən mühüm cəhətlərindən biri də burada Azərbaycan xalqının təşəkkülü prosesinin verilməsidir. Bunlar şagirdin beynində elə qarışıqlıqlar yaradır ki, sonra şagirdlər ondan yaxa qurtara bilmir. Düşünürük ki, bu və ya digər problemlərin qarşısı tez bir zamanda alınmalıdır", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB