TQDK abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır

TQDK abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası "Abituriyent" jurnalının 3-cü sayının saxtalaşdırılaraq çap edilməsi və satışa çıxarılması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında bildiirb ki, müəyyən şəxslər tərəfindən "Abituriyent" jurnalının 3-cü sayı saxtalaşdırılaraq çap edilib və satışa çıxarılıb.

Onun sözlərinə görə, saxta jurnallarda üz qabığı orijinal nəşrə oxşadılsa da,qəbul aparılan ixtisasların siyahısında, plan yerlərinin sayında, ixtisas kodlarında, eləcə də qəbul elanı və müsabiqə şərtlərində ciddi texniki və məzmun səhvlərinə yol verilib, məlumatlar ciddi şəkildə təhrif olunub: "Həmin jurnalların məzmununa görə komissiya məsuliyyət daşımır. TQDK abituriyentləri və onların valideynlərini jurnal alarkən diqqətli olmağa çağırır. Əsl jurnalı saxtasından fərqləndirmək mümkündür. Orijinal nəşrdə jurnalın üzərindəki "Abituriyent" sözü bir qədər qabarıq formada çap olunduğundan hər bir şəxs həmin yazıya əlini toxundurmaqla bunu hiss edə bilər. Qeyd olunan qeyri-qanuni əməlin qarşısının alınmasında lazımi inzibati tədbirlərin görülməsi üçün TQDK tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub".

Bütün xəbərlər Facebook səhifəmizdə