Məleykə Abbaszadə: “Son illərdə ilk dəfə olaraq bu il qəbul imtahanlarında oğlanların sayı qızlara nisbətən çoxdur” - AÇIQLAMA

Məleykə Abbaszadə: “Son illərdə ilk dəfə olaraq bu il qəbul imtahanlarında oğlanların sayı qızlara nisbətən çoxdur” - AÇIQLAMA

\"Bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 110 423 abituriyent sənəd verib. Ərizələrin sayı ötən illə müqayisədə 1,85%, yəni 2085 nəfər azalıb\". SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında məlumat verib. O bildirib ki, abituriyentlərin 50,38%-ni (55 627 nəfər) oğlanlar, 49,62%-ni (54 796 nəfəri) isə qızlar təşkil edir. Onun sözlərinə görə, qəbul imtahanlarında son illərdə ilk dəfə olaraq oğlanların sayı qızlara nisbətən bir qədər çoxdur. Sənəd verənlərin 57,17 faizinin (63128 nəfər) orta ümumtəhsil məktəblərinin builki məzunları olduğunu deyən TQDK sədri vurğulayıb ki, ötən il müvafiq göstərici sənəd verənlərin 55,63 faizini təşkil edib.

\"Bu il abituriyentlərin ərizələrini təsdiq etdirmələri üçün vaxt bir gün uzadıldı. Çünki təyin olunan vaxtda təxminən 3 min nəfər abituriyent öz ərizəsini təsdiq etdirməmişdi. Öz ərizələrini təsdiq etdirməyən 2190 nəfər oğlanın 296-sı bu ilin məzunları, qalanları əvvəlki illərin məzunları idi. Həmin abituriyentlərin sənədlərinin təsdiqləməməsi onların hərbi qulluğa cəlb olunması ilə bağlıdır. Ərizəsini təsdiqlətməyən 743 məzunun 78 nəfəri isə qızlar idi\", - deyə o əlavə edib.

Bu il il dəfə olaraq regionlarda da qəbul imtahanlar keçiriləcəyini deyən M.Abbaszadə Bakıda və regionda görülən işlərin eyni səviyyədə təşkil olunduğunu söyləyib. Onun sözlərinə görə, regionlarda sənəd verən abituriyentlərin sayında artım müşahidə olunub: \"Belə ki, Bərdədə 11%, Ağstafada 12%, Göranboyda 13% sənəd verənlərin sayı artıb. Ən böyük artım isə Abşeronda qeydə alınıb və burada rəqəmlər 34,7% olub. Ancaq bununla yanaşı azalma müşahidə olunan rayonlarımız da var. Belə ki, abituriyentlərin sayı Ucarda 14%, Salyan, Saatlıda 10%, Daşkəsəndə, Gədəbəydə 15% azalma müşahidə olunub. Bu il sənəd verən 110 423 nəfər abituriyentin 66 128 nəfəri cari ilin məzunlarıdır. Bu da ümumi sənəd verənlərin 57%-ni təşkil edir. Builki məzunların sayı ötən ilki məzunların sayı ilə müqayisədə 2% artıb\".

O qeyd edib ki, bu il sənəd verən 110 423 abituriyentin 99 190 nəfəri Azərbaycan, 11 233 nəfəri rus bölməsinin məzunlarıdır. Onun sözlərinə görə, abituriyentərin 34 988 nəfəri I, 27 068 nəfəri II, 32 859 nəfəri III, 15 508 nəfəri isə IV ixtisas qrupuna sənəd verib.

\"Artıq ali məktəblərə plan yerləri açıqlanıb. İndi valideynlər öz uşaqlarının seçimlərini edəndə builki plan yerlərini nəzərə almalıdırlar. Ötən illə müqayisədə I qrupda 309 plan yerləri artıb. I qrupda 9848 yer var. I qrup üzrə abituriyentlərin sayı isə ötən illə müqayisədə 781 nəfər azalıb. Beləliklə, I qrupda 9848 yerə 34 988 nəfər iddialıdır. Bu da təxminən bir yerə 3 nəfər edir. Burada 449 yer qabiliyyət tələb edən ixtisas olduğunu nəzərə alsaq, yenə də burada müsabiqə vəziyyəti yüksək deyil. Əsas müsabiqə vəziyyət dövlət sifarişli yerlərə əsasən olacaq. I qrup üzrə dövlət sifarişli yerlərin sayı 4136-dır.

II ixtisas qrupunda abituriyentlərin sayı ötən illə müqayisədə 1000 nəfər azalıb, plan yerləri isə 473 yer artıb. Beləliklə, II ixtisas qrupunda 8988 yerə 27 068 nəfər mübarizə aparacaq. Bu qrupda dövlət sifarişli yerlərin sayı 2 345-dir. Bu isə o deməkdir ki, dövlət sifarişli ixtisaslarda 1 yer uğrunda 10 nəfərdən çox abituriyent mübarizə aparacaq. Amma ümumi yerlərin sayı çoxdur və II qrupda kifayət qədər özəl ali məktəblərin yerləri var.

III qrup üzrə abituriyentlərin sayı ötən illə müqayisədə 458 nəfər azalıb. Plan yerlərinin sayı isə 126 yer artıb. Burada ümumi plan yerlərinin sayı 8839-dur ki, onlardan da 975-i qabiliyyət tələb edən ixtisaslardır. Bu qrupda təxminən 8 min yerə 32 min abituriyent iddiaçıdır. Burada 1 yerə 4 nəfər düşür. III qrupda dövlət sifarişli yelərin sayı isə 2 642-dir. Keçən illə müqayisədə bunlar təxminən 4 yer artıb. 32 min abituriyent 2 min dövlət sifarişli yer uğurnda mübarizə apardıqda yüksək müsabiqə vəziyyəti yaranacaq. Amma ümumi plan yeləində müsabiqə vəziyyəti elə də yüksək deyil.

IV ixtisas qrupunda 15 508 abituriyent var və onların sayı ötən illə müqayisədə təxminən 150 nəfər artıb. Amma bu abituriyentlərin 5124-ü qabiliyyət tələb edən ixtisaslarda qeydiyyatdan keçib deyə, faktiki olaraq IV qrupda olan kənd təsərrüfatı, kimya-biologiya və tibb ixtisaslarına sənəd verənlərin sayı təxminən 10 min nəfərdir. Burada ümumi plan yerlərinin sayı 3 844-dür. Bu yerlərdən 1000 yerləri çıxsaq, qalan yerlərin sayı 28000 olur. Ancaq IV qrupda əsas müsabiqə vəziyyəti tibb ixtisasları üzrə olacaq. Dövlət sifarişli yerlərin sayı 1 493-dür və burada çox yüksək müsabiqə vəziyyəti olacaq və yəqin ki, 600 baldan yuxarı nəticə əldə edənlər uğur qazanacaq. 2800 yerə 10 min nəfər mübarizə aparacaq. Yüksək nəticə göstərənlər ali məktəbə, digərləri isə orta ixtisas təhsili müəssiələrinə qəbul olacaq. Abituriyentlər düzgün ixtisas seçimi etsələr, onların təxminən 30 110 min nəfəri 2025 min nəfər olanda kifayət qədər təhsil ala biləcək

Bu orta məktəbi 100 min abituriyent orta məktəbi bitirib, ancaq komissiyaya yalnız 63 min məzun sənəd verib. Qalan 40 min abituriyent ali və ya orta ixtisas təhsili müəssiələrində təhsil almaq üçün sənəd verməyib\", - deyə TQDK sədri qeyd edib.

İxtisas qrupu

Ərizələrin sayı -2010

Ərizələrin sayı -2011

Azərb.

Rus

Cəmi

Azərb.

Rus

Cəmi

I

32992

2777

35769

31707

3281

34988

II

24733

3340

28073

23874

3194

27068

III

30188

3129

33317

29521

3338

32859

IV

14173

1176

15349

14088

1420

15508

CƏMİ

102086

10422

112508

99190

11233

110423


Bütün xəbərlər Facebook səhifəmizdə