Zəminə Əliqızı: “Builki IX və XI sinif şagirdlərinin göstəricilərini qaneedici hesab etmək olar” - AÇIQLAMA
Bakı şəhəri Təhsil İdarəsinin tabeçiliyində olan orta məktəblərin şagirdləri iyunun 17-də mərkəzləşdirilmiş qaydada 8 fənn üzrə imtahan verəcək. Bu barədə SİA-ya BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, Təhsil İdarəsinin tabeçiliyində olan orta məktəbləri cari tədris ilində 23 minə yaxın şagird bitirir. İyunun 18-də isə IX sinif şagirdlərinin mərkəzləşdiirlmiş qaydada 2 fənndən yoxlama imtahanı verəcəyini deyən Z.Əliqızı onların sayının 30 minə yaxın olduğunu söyləyib.
"Mərkəşləşdirilmiş yoxlama imtahanların nəticələrinə əsasən deyə bilərik ki, builki IX və XI siniflərin göstəriciləri aşağı səviyyədə deyil və onları qaneedici hesab etmək olar. Siniflər üzrə fənn qiymətləri aşağı olan və sınaqlardan aşağı biliklər nümayiş etdirən şagirdlər mərkəzləşdirilmiş test imtahanlarına buraxılmayacaq. Attestata yalnız mərkəzləşdirilmiş imtahanlardan əldə olunan nəticələr yazılmayacaq. Buraya həm 10-cu, həm 11-ci sinif, eyni zamanda, şagirdin sınaq yoxlama imtahanından aldığı qiymətlər, son olaraq isə buraxılış imtahanından aldığı qiymətlərdən son rəqəm çıxarılacaq. Əgər mərkəzləşdirilmiş imtahanın nəticəsindən asılı olmayaraq fənlər üzrə aldığı qiymətləri qeyri-kafi olan şagirdlər ümumiyyətlə imtahana buraxılmayacaq", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB