Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 29-da abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən növbəti sınaq imtahanlarının nəticəsini açıqlayıb. TQDK-nın mətbuat katibi Elnur Nağızadə SİA-ya açıqlamasında bildirib ki, sınaq imtahanı respublikanın 27 şəhəri üzrə 44 binada keçirilib. Bu imtahanda 31 mindən çox şagirdin iştirak etdiyini deyən mətbuat katibi vurğulayıb ki, sınağın nəticələri bu gün günortadan sonra komissiyanın internet saytında yerləşdirilib.
Növbəti sınaq imtahanının iyunun 5-də təşkil olunacağını deyən TQDK sözçüsü qeyd edib ki, bu abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə keçirilən sonuncu sınaq imtahanı olacaq. Onun sözlərinə görə, hazırda isə həmin imtahana yazılış davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB