"5 minə yaxın türk şirkətlərinə rahat biznes mühiti yaradılıb" - NAZİR MÜAVİNİ AÇIQLADI

"5 minə yaxın türk şirkətlərinə rahat biznes mühiti yaradılıb" - NAZİR MÜAVİNİ AÇIQLADI

"Azərbaycan-Türkiyə dövlətlərinin arasındakı əlaqələr hər zaman yüksək səviyyədədir". SİA xəbər verir ki, bu sözləri İqtisaiyyat nazirinin birinci müavini Elnur Əliyev Beynəlxalq Maarif Məktəblərinin açılış mərasimində qeyd edib.

Birinci müavin qeyd edib ki, hər bir dövlətin gələcəyi onun təhsil səviyyəsindən asılıdır: "Gənc nəslin intelektual və müasir standartlara uyğun şəkildə formalaşması üçün təlim-tədris prosesləri mütəşəkkil şəkildə təşkil olunmalıdır: "İki ölkə arasında iqtisadi əməkdaşlıq güclü şəkildə inkişaf edir. Hazırda 5 minə yaxın Türk şirkətlərinin Azərbaycanda şirkət qurması üçün rahat biznes mühiti nazirlik tərəfindən təşkil olunur. Azərbaycanda biznes sahəsində fəaliyyət göstərən xarici şirkətlər arasında ən çox türk şirkətləri çoxluq təşkil edir".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə