Bəzi marketlərdə niyə ƏDV verilmir? - ARAŞDIRMA

Əlavə dəyər vergisinin bölüşdürülməsi 1957-ci ildə Romada Avropa İqtisadi Birliyinin yaradılması haqqında müqavilənin imzalanması ilə başlamışdır. Bu müqaviləyə əsasən, iştirak edən bütün ölkələr öz vergi sistemlərini ümumi bazar yaratmaq maraqlarına uyğun təşkil etməli idilər. 1967-ci ildə əlavə dəyər vergisini Avropada əsas dolayı vergi kimi elan etdi. Eyni zamanda, 1972-ci ilin sonuna qədər bir çox dövlətlər tərəfindən bu verginin öz vergi sistemlərinə daxil edilməsini təmin etdi. Həmçinin 1967-ci ildə Danimarkada, 1968-ci ildə isə Almaniyada fəaliyyət göstərməyə başladı. 1977-ci ildə hazırda Avropada qüvvədə olan ƏDV sisteminin əsasını təsdiq etmişdir.

ƏDV vergisindən dünyanın bir çox ölkəsində istifadə olunur: Latın Amerikası, İndoneziya, Türkiyə, demək olar ki, bütün Avropa ölkələri, Cənubi Amerikanın bir sıra ölkələri və s. Kanada və ABŞ-da yığım üsuluna görə ƏDV-yə yaxın olan satış vergisi tətbiq edilir. ƏDV-nin bölgüsü bu verginin bazar iqtisadiyyatının tələblərinə cavab verdiyini göstərir.

ƏDV dərəcələrinin müəyyən edilməsində müxtəlif yanaşmalar mövcuddur. Tariflərin orta səviyyəsi 15-25% arasında dəyişir. Bir çox ölkələrdə məhsulun növündən və sosial-iqtisadi əhəmiyyətindən asılı olaraq dərəcələr şkalası tətbiq edilir.

Rusiyada əlavə dəyər vergisi 1992-ci il yanvarın 1-dən tətbiq edilib. Ökədə 70 ilə yaxındır mövcud olan dövriyyə vergisini və 1990-cı ilin dekabrında tətbiq edilən satış vergisini əvəz edib. Əlavə dəyər vergisi dərəcəsi ilkin olaraq 28% müəyyən edilib. Bir il sonra isə 20%-ə endirildi. Həmçinin bu zaman siyahıda yer alan uşaq malları və ərzaq məhsulları üçün 10 faizlik güzəşt tətbiq edilir.

Rusiyada əlavə dəyər vergisi təkcə əsas dolayı vergi deyil, həm də müxtəlif səviyyəli büdcələrin gəlir hissəsini təşkil edən əsas vergidir. Əlavə dəyər vergisi üzrə gəlirlər hər hansı digər vergilərdən, o cümlədən gəlir vergisindən gəlirləri üstələyir.

Vergi orqanları ilə mübahisələr əsasən ƏDV-nin hesablanması, ilkin sənədlərin işlənməsi, ƏDV-nin ödənilməsi (geri qaytarılması, əvəzləşdirilməsi), ƏDV-nin vergi endirimlərinin tətbiqi, ƏDV ödəyicilərində qarşı tərəflərin vicdanlı münasibəti ilə bağlı yaranır.

Bu problemin həlli yollarından biri ƏDV hesablaşmaları üçün xüsusi bank hesabları sisteminin və ƏDV-nin qaytarılması üçün xüsusi qaydaların yaradılmasıdır. Əlavə dəyər vergisinin qaytarılması problemini həll etməyin başqa bir yolu, yalnız təşkilatın təchizatçıları ƏDV-ni faktiki ödədiyi halda ƏDV-nin geri qaytarılması imkanını qanunvericiliklə müəyyən etməkdir.

Bu ideya vergi ödəyicisinin ƏDV-nin əvəzinin ödənilməsi üçün təqdim edildikdən sonra onun təchizatçıları tərəfindən satılan mallara görə verginin faktiki ödənilməsini göstərən sənədləri vergi orqanlarına təqdim etmək öhdəliyini müəyyən etməklə həyata keçirilə bilər.

Yuxarıda deyilənlərə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, əlavə dəyər vergisinin müasirləşdirilməsi və inzibatçılığı zəhmət tələb edən məsələdir və dövlət iqtisadiyyatına zərər vurmamaq üçün əmək məhsuldarlığı balanslaşdırılmış şəkildə həll edilməlidir.

ƏDV bəyannamələrinin elektron qaydada verilməsində də çətinliklər var. 2014-cü il yanvarın 1-dən demək olar ki, bütün təşkilatlar və fərdi sahibkarlar işçilərinin sayından asılı olmayaraq ƏDV bəyannamələrini elektron qaydada təqdim etmişdir. Həm hüququşünaslar, həm də tənqidçilər ƏDV-ni gəlir vergisinə alternativ hesab edirlər. Amma bu hər zaman belə olmur. Məsələn, Böyük Britaniyada fiziki və hüquqi şəxslər həm gəlir vergisi, həmçinin də ƏDV vergisi ödəyir.

Əlavə Dəyər Vergisi (ƏDV) dünyanın iqtisadi cəhətdən inkişaf etmiş 160-dan çox ölkəsində tətbiq olunan, ən geniş yayılmış vergi növlərindən biridir. ƏDV faizləri hər ölkədə fərqli ola bilər. Məsələn, Azərbaycanda ƏDV dərəcəsi 18 faiz, Macarıstanda 27 faiz, Tailandda isə 7 faizdir.

ƏDV vergisi Azərbaycan Respublikasında 1992-ci ilin 31 dekabr tarixindən tətbiq edilmişdir. İlk olaraq bizdə bu vergi 28 faiz olaraq nəzərdə tutulmuş sonradan isə 18 faiz olaraq tutulmağa başlanmışdır. Əlavə dəyər vergisi anlayışı Əlavə Dəyər Vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

154.3 maddəsinə əsasən isə Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 154.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

2020-ci ildə Vergi Məcəlləsinin təsdiq edilmiş yeni qaydasına əsasən, ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) bir hissəsi istehlakçılara geri qaytarılır. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlər üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edir.

Bəzi ticarət və iaşə obyektləri alınan məhsullar üzrə çeki verməkdən yayınır, digərləri rahatlıqla çeki versə də, sistemə yüklənən zaman həmin obyektin ƏDV ödəyicisi olmadığı və ya artıq bu çekin sistemə yükləndiyi ortaya çıxır. “ƏDV-ni geri al” layihəsi əhalinin nağdsız ödənişlər həyata keçirməsi üçün stimullaşdırıcı xarakter daşımasına, kartla ödənişdə qaytarılan ƏDV-nin daha yüksək olmasına baxmayaraq, bəzi iaşə obyektləri nağdsız ödəniş zamanı yalnız bank məlumatı olan çeki alıcıya təqdim edir. ƏDV fiskal kod və ya “QR kod” olan çeki isə özlərində saxlayırlar. Bəzi alıcılar utanaraq ya çeki tələb etmir, bəziləri isə bunu tələb etdikdə satıcı tərəfindən daha qəzəblə qarşılandıqlarını deyirlər.

Xidmətin məlumatına görə, elektron sistemə daxil edilən çeklər üzrə bir sıra hallarda ƏDV-nin geri qaytarılmasından imtina halları da müşahidə edilir. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. Yəni fiskal çeklərdə məhsulun adının qeyd edilməməsi, çeklərin ümumi tələblərə uyğun olmaması, məsələn, malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ, o cümlədən ƏDV-nin məbləği, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, aparatın fiskal rejiminin nişanı (əlaməti), malın sürətli məlumat kodu (Quick Response Code) və s. ƏDV-nin geri alınması üçün imtinaya səbəb ola bilər: “Qanunvericiliyə əsasən nağd pul hesablaşmaları aparılan zaman istehlakçıya çek, qəbz, bank çıxarışlarını və digər ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid edilib. Eyni zamanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən, satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir”.

2022-ci il yanvarın 1-dən etibarən tibbi xidmətlər sahəsində dövriyyələrin şəffaflaşdırılması və bu prosesdə vətəndaşların birbaşa iştirakı məqsədi ilə burada da “ƏDV geri al sistemi” tətbiq edilir.

Alkoqollu içkilər və tütün məmulatlarının əhalinin sağlamlığına mənfi təsir göstərən zərərli məhsullar olduğunu nəzərə alaraq bu məhsullar üzrə ƏDV-nin geri qaytarılması məqsədəmüvafiq hesab edilməyib. 2022-ci il yanvarın 1-dən avtomobillərin, 2022-ci il oktyabrın 1-dən isə alkoqollu içkilərin və tütün məmulatlarının alışına görə ödənilən ƏDV geri qaytarılmır.

Vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, ikinci dəfə yol verildikdə 3000 manat, təqvim ili ərzində belə hallara üç və daha çox yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir: “Belə halları müşahidə edən alıcılar vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla, qeyri-anonim olaraq Dövlət Vergi Xidmətinin saytının “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə və ya vergi ödəyiciləri xidmət mərkəzlərinə müraciət edə bilərlər”.

Havar Şəfiyeva

Bütün xəbərlər Facebook səhifəmizdə