Nizami rayonunda iki küçənin kəsişməsindəki dairədə təmir işləri aparılıb - FOTOLAR

Nizami rayonunda iki küçənin kəsişməsindəki dairədə təmir işləri aparılıb - FOTOLAR

Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri icra olunub. AAYDA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, bunun ardınca hamarlayıcı lay asfalt-beton örtüyü döşənib və asfaltlanma işlərinə start verilib.

Ümumilikdə təmir işləri 2800 kv.m sahəni əhatə edib. Son mərhələ üzrə təmir işlərinin aparıldığı ərazidə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə