Nizami rayonu, Mikayıl Əliyev küçəsi ilə Mehdi Abbasov küçəsinin kəsişməsində yerləşən dairədə təmir işləri icra olunub. AAYDA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində dairədə köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, bunun ardınca hamarlayıcı lay asfalt-beton örtüyü döşənib və asfaltlanma işlərinə start verilib.
Ümumilikdə təmir işləri 2800 kv.m sahəni əhatə edib. Son mərhələ üzrə təmir işlərinin aparıldığı ərazidə yolgöstərici və yolcizgi xətlərinin çəkilişi işləri aparılıb.