Azərbaycanda ərzaq qıtlığı olacaq? - EKSPERT AÇIQLADI

"Hazırki dövrdə dünyada ərzaq qıtlığından çox ərzağın bahalaşması gündəmdədir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.

Onun sözlərinə görə, dünyada ərzaq qıtlığı gözlənilmir: "Taxıl məhsullarının və duru yağlarının bahalaşması müşahidə olunur. Bu bahalaşmanın davam edəcəyi gözlənilir. Ümumilikdə dünyada ərzaq qıtlığının yaranması gözlənilmir. Amma ərzaq məhsullarının qiymətinin artması, bahalaşması səbəbindən planetin Afrika bölgəsində əhalinin vəziyyəti daha da pisləşib. Bundan əlavə olaraq bildiyimiz kimi Rusiya-Ukrayna münaqişəsi hələ də davam edir. Bu iki ölkə ərzaq ölkəsidir və bu iki ölkədə daşınma xərcləri kimi problemlər var. Yəni ərzaq məhsullarının bahalaşması pandemiya və pandemiyadan sonrakı proseslər, Rusiya-Ukrayna münaqişəsinin yaranmasından irəli gəlir. Azərbaycanda gələcəkdə ərzaq qıtlığı gözlənilmir. Amma ərzaq məhsullarının bahalaşması davam edəcək".

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...