2021-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənmişdir. SİA Mərkəzi Banka istinadən xəbər verir ki, cari əməliyyatlar balansında 627.7 mln.$, kapital, maliyyənin hərəkəti hesabında 15 mln.$ profisit yaranmış, ehtiyat aktivləri 325.9 mln.$ artmış, bu dövrdə orta rüblük neft qiyməti 52.4$/barel olmuş, qeyri-neft ixracı isə 11% artmışdır.
2021-ci ilin birinci rübü üzrə təədiyyə balansının əsas göstəricilərini SİA təqdim edir:(mln.$)
| Cari əməliyyatlar balansı 
 | 627.7 | 
| Xarici ticarət balansı | 1 548.8 | 
| Xidmətlər balansı | - 818.2 | 
| İlkin gəlirlər balansı | -200.1 | 
| - İnvestisiya gəlirlərinin repatriasiyası | -163.6 | 
| Təkrar gəlirlər balansı | 97.2 | 
| Kapital hesabı | 0.6 | 
| Maliyyə hesabı | 14.4 | 
| Xalis maliyyə aktivləri o cümlədən: | 524.4 | 
| - xaricə yönəldilmiş birbaşa investisiyalar | 106.2 | 
| - portfel investisiyaları | 76.2 | 
| - digər investisiyalar | 342.0 | 
| Xalis maliyyə öhdəlikləri o cümlədən: | 538.8 | 
| - Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar | 1 400.9 | 
| - cəlb olunmuş investisiyaların repatriasiyası | -1 279.6 | 
| - neft bonusu | 450.5 | 
| - portfel investisiyaları | -1.1 | 
| - digər investisiyalar | -31.9 | 
| Balanslaşdırıcı maddələr | -316.8 | 
| Tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktivlərinin dəyişməsi; “+” artım, “-” azalma) | 325.9 | 
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)
.jpg)

 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB