2021-ci ilin I rübündə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası, qeyri-neft ixracının genişlənməsi, həmçinin kapital və maliyyənin hərəkəti hesabında müsbət meyillərdən təsirlənmişdir. SİA Mərkəzi Banka istinadən xəbər verir ki, cari əməliyyatlar balansında 627.7 mln.$, kapital, maliyyənin hərəkəti hesabında 15 mln.$ profisit yaranmış, ehtiyat aktivləri 325.9 mln.$ artmış, bu dövrdə orta rüblük neft qiyməti 52.4$/barel olmuş, qeyri-neft ixracı isə 11% artmışdır.
2021-ci ilin birinci rübü üzrə təədiyyə balansının əsas göstəricilərini SİA təqdim edir:(mln.$)
|
Cari əməliyyatlar balansı
|
627.7 |
|
Xarici ticarət balansı |
1 548.8 |
|
Xidmətlər balansı |
- 818.2 |
|
İlkin gəlirlər balansı |
-200.1 |
|
- İnvestisiya gəlirlərinin repatriasiyası |
-163.6 |
|
Təkrar gəlirlər balansı |
97.2 |
|
Kapital hesabı |
0.6 |
|
Maliyyə hesabı |
14.4 |
|
Xalis maliyyə aktivləri o cümlədən: |
524.4 |
|
- xaricə yönəldilmiş birbaşa investisiyalar |
106.2 |
|
- portfel investisiyaları |
76.2 |
|
- digər investisiyalar |
342.0 |
|
Xalis maliyyə öhdəlikləri o cümlədən: |
538.8 |
|
- Azərbaycana cəlb olunmuş birbaşa investisiyalar |
1 400.9 |
|
- cəlb olunmuş investisiyaların repatriasiyası |
-1 279.6 |
|
- neft bonusu |
450.5 |
|
- portfel investisiyaları |
-1.1 |
|
- digər investisiyalar |
-31.9 |
|
Balanslaşdırıcı maddələr |
-316.8 |
|
Tədiyə balansının ümumi saldosu (ölkənin ehtiyat aktivlərinin dəyişməsi; “+” artım, “-” azalma) |
325.9 |