İsveç startapı Azərbaycan bazarına daxil olur

Mobil cihazlar üçün portativ şarj cihazlarının icarə xidmətləri təklif edən bir İsveç startapı Azərbaycan bazarına daxil olur. SİA xəbər verir ki, portativ şarj cihazları təklif edən İsveçin "Brick" startapı, fəaliyyət sahəsini Cənubi Qafqaz ölkələrinin bazarlarına genişləndirməyə qərar verib. İsveç paytaxtında yaranan Brick mobil cihazlar üçün portativ şarj kirayəsi xidmətləri təklif edir. Şirkət, xüsusi mobil tətbiqetməsinin vasitəsilə istifadəçilərə ən yaxın Brick stansiyasında portativ batareyanı (Power Bankı) icarəyə götürməyə və istifadə prosesi başa çatdıqdan sonra onu istənilən Brick stansiyasına qaytarmağa təklif edir. Brick Portable Charger mövcud mobil cihazların çoxu üçün istifadə edilə biləcək bağlayıcısı şarj təklif edir və onun vasitəsilə telefonlar, planşetlər və qulaqlıqların şarj etmək mümkündür. Ümumilikdə, şirkətin hazırda İsveçin on şəhərində və Almaniya paytaxtında 350 stansiyası fəaliyyət göstərir. Yeni bazarlara çıxmaq, özünü beynəlxalq bazarın lider oyunçularından biri kimi göstərmək Brick-in strategiyasının bir hissəsidir. Brick bir sıra ölkələrdə stansiyalarına işləmə hüquqları əldə edib. Strategiyaya əsasən, ilk 250 stansiya bu ilin ikinci rübündə işə salınacaq və əsas diqqət burada olan bar, restoran, ticarət mərkəzləri və Cənubi Qafqaz dövlətlərinin paytaxtlarında fəaliyyət göstərən otellərə yetiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə