Xəzər sülh, dostluq, mehriban qonşuluq və əməkdaşlıq dənizidir - ŞƏRH ÖZƏL

"Xəzər dənizi sülh, dostluq, mehriban qonşuluq və əməkdaşlıq dənizidir. 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələri tərəfindən imzalanmış "Xəzər dənizin hüquqi statusu haqqında" Konvensiya Xəzər dənizdə əməkdaşlığın yeni formatını formalaşdırıb. Konvensiya imzalanana qədər Xəzər dənizinin dibinin işlənməsi ilə əlaqədar ölkələr arasında müəyyən fikir ayrılığı yaranırdısa, artıq bu problem öz həllini tapıb. O cümlədən Xəzərin Azərbaycan-Türkmənistan hissəsində dəniz dibinin ortaq hissəsində neftçilərimiz tərəfindən kəşf edilmiş Böyük karbohidrogen ehtiyatına malik bizim Kəpəz, Türkmənistan tərəfinin Sərdar adlandırdığı yataq istismar olunmurdu. Həmin yataq artıq Dostluq yatağı adlandırılır və bu yatağın birgə işlənməsi ilə əlaqədar 21 yanvar 2021-ci ildə Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Anlaşma Memorandum imzalanıb. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.

Deputat bildirib ki, imzalanmış memorandum ölkələrimiz üçün böyük tarixi əhəmiyyət daşıyır: "Azərbaycan və Türkmənistan eyni soy-kökünə malik, hətta öz dilində danışanda bir-birini başa düşən dost ölkələrdir. Bu birgə memorandum ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinin simvolu adlandırardım. Türkmənistan və Azərbaycan beynəlxalq platformalarda bi-birini dəstəkləyən, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gəlməsində eyni mövqedən çıxış edən ölkələrdir. Xəzər dənizində birgə fəaliyyət formatının formalaşması ölkələrimizin gələcək perspektivində bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəkdir".

A.Babamov vurğulayıb ki, Dostluq yatağı böyük neft-qaz resursuna malikdir: "Azərbaycan Avropaya qədər karbohidrogen resurslarını ixrac etməyinə imkan verən boru xətlərinə malikdir. Bu kəmərlər Dostluq yatağında istehsal olunacaq neft-qazın daşınmasında əsas rol oynaycaqdır. Dostluq yatağının birgə işlənməsi gələcəkdə Xəzər dənizin Türkmənistan sektorunda istehsal olunan neft-qazın Azərbaycanın üzərindən tranzit daşınmasının əhəmiyyətini artıracaqdır. Təbii ki, tranzit daşınmalar ölkəmizin iqtisadiyyatı üçün gələn əlavə gəlirlərdir. O cümlədən Dostluq yatağının işlənməsi Azərbaycan və Türkmənistan Respublikalarının eyni yataqdan mənfəət qazanması deməkdir. Azərbaycan neftçilərin Xəzər dənizdə neft-qaz istehsal etmək təcrübəsi böyükdür. Neftçilərimiz Xəzərin dərin qatlarındakı karbohidrogen resurslarını istismar etməyinə imkan verən texnologiyalara malikdir. Düşnürəm ki, Dostluq yatağının birgə istismarı Xəzərdə Türkmənistanla birgə yeni yataqların istismar edilməsi üçün başlanğıc rolunu oynayacaqdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə