Faiz dəhlizinin parametrləri açıqlandı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6.75 %-dən 6.5 %-ə endirilməsi haqqında qərar qəbul edib. SİA Mərkəzi Bankının məlumatına istinadən xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 6%, yuxarı həddi isə 7% səviyyəsində müəyyən edilmişdir.

Bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib. Uçot dərəcəsinin qəbul olunan səviyyəsi qısa və ortamüddətli dövrdə inflyasiya proseslərinin dinamikasını nəzarətdə saxlamağa imkan verir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar qısa və ortamüddətli perspektivdə inflyasiya üzrə risk balansından, faktiki inflyasiyanın hərəkət trayektoriyasından, beynəlxalq konyunkturdan və valyuta bazarındakı vəziyyətdən asılı olaraq qəbul ediləcəkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə