İqtisadi Tədqiqatlar Mərkəzi "Alternativ inflyasiyanın hesablanması və inflyasiyanın modelləşdirilməsi” layihəsini başa çatdırıb
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Alternativ inflyasiyanın hesablanması və inflyasiyanın modelləşdirilməsi" layihəsini başa çatdırıb. Bu barədə layihənin yekunlarına həsr olunmuş konfransda məlumat verən İTM İdarə Heyətinin üzvü Dünya Camalova layihə çərçivəsində alternativ yolla inflyasiya hesablamaları, inflyasiyanın proqnozlaşdırılması və amilli təhlilinə dair araşdırmaların aparıldığını, rüblük və illik iqtisadi icmallar hazırlandığını, mediada maarifləndirmə kampaniyası, seminarlar və konfranslar təşkil edildiyini bildirib.
D.Camalova qeyd edib ki, 2007-ci ildən İTM Azərbaycanda ilk dəfə rəsmi statistika orqanına alternativ olaraq inflyasiyanın səviyyəsini hesablamağa başlayıb: "Bu hesablamaların nəticələri açıqlandıqdan sonra Dövlət Statistika Komitəsi rəsmi məlumatlarında ciddi korrektələr apararaq, inflyasiyanın ikirəqəmli ədədlərlə ifadə olunduğunu etiraf edib. Ötən dövr ərzində Mərkəzimiz inflyasiya və yaşayış minimununun dəyəri ilə bağlı yeganə alternativ və mötəbər mənbə kimi həm ölkə daxilində, həm də ondan kənarda böyük nüfuz qazanıb.
İnflyasiya ilə yanaşı, İTM Azərbaycanın 22 regionunda qeydə aldığı qiymətlər və Nazirlər Kabinetinin müvafiq qərarı əsasında yaşayış minimumunu da hesablayaraq, nəticələri ictimaiyyətə açıqlayır. Bu göstəricilərlə bağlı İTM-in hesablamalarının daha mötəbər olduğunu göstərən daha bir fakt özəl biznes qurumları, banklar və digər qeyri-bank maliyyə təşkilatları(kredit faizlərinin, kredit alanların ödəniş qabiliyyətinin müəyyənləşdirilməsi və sair məqsədlər üçün), xarici ölkə səfirlikləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların yerli nümayəndəlikləri (tədqiqat və əmək haqlarının indeksasiyası məqsədilə) Mərkəzimizin məlumatlarına istinad etmələridir".
SECO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nailə Səfərova təmsil etdiyi qurumun ölkədə iki istiqamətdə fəaliyyətləri dəstəklədiyini deyib: "Birinci istiqamət qeyri-neft özəl sektorunun diversifikasiyası və inkişafı, ikinci istiqamət isə makroiqtisadi inkişafdır. Hər iki istiqamətdə biz dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Bu ildən etibarən biz dövlət maliyyə sistemində şəffaflığın artırılmasına yardım məqsədilə Hesablama Palatası ilə işləməyə başlayırıq. İqtisadi Tədqiqatlar Mərkəzi ilə ötən ildən işləməyə başlamışıq. Bu, çox mühüm bir istiqamətdir, çünki inflyasiyanın düzgün ölçülməsi həm cəmiyyət, həm hökumət üçün, həm də biz donorlar üçün vacib əhəmiyyət kəsb edir. Qeyd edim ki, layihə uğurlu nəticələrlə yekunlaşlır".
Layihə çərçivəsində görülən işlər barədə detallı təqdimatla çıxış edən İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu üç istiqamətdə iş aparıldığını vurğulayıb: "Bunlardan birincisi tədqiqatlar idi. Bu sahədə biz alternativ inflyasiya və minimum istehlak səbətinin dəyəri üzrə hesablamalar apardıq, hər ay hesablamalarımızın nəticələrini cəmiyyətə açıqladıq. İkinci istiqamət inflyasiyanin determinantlarının müəyyənləşdirilməsi sahəsində tədqiqat idi. Bu sahədə apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, monetar siyasət istehlak qiymətləri indeksinə əhəmiyyətli təsir göstərmir. Belə ki, Azərbaycanda İQİ-yə inflyasiya gözləntiləri daha çox təsir göstərir.
Eyni zamanda, mövcud məzənnə siyasəti inflyasiyaya azaldıcı, inhisar və oliqopol fəaliyyətin nəticəsində bazarlara giriş baryerləri isə artırıcı təsir göstərir. Daha bir tədqiqat istiqamətimiz inflyasiyanın proqnozlaşdırılması olub. Bu sahədə biz dünya təcrübəsini ətraflı öyrənərək, 2010-cu il üçün üç model əsasında proqnozlaşdırma apardıq. Bunlar ARİMA, Şərti VAR və Şərtsiz VAR modelləridir.
Təcrübə göstərdi ki, bunlardan Şərti VAR metodu əsasında aparılan proqnozlaşdırma özünü doğruldub. Belə ki, bu proqnozlaşdırmanın nəticəsi olaraq İTM tədqiqat qrupu 2010-cu ildə ölkədə 10,5 faizlik yekun inflyasiya proqnozlaşdırmışdı. Hesablamalar göstərdi ki, il ərzində Azərbaycanda bundan cüzi fərqlənən 11,45 faizlik inflyasiya baş verdi. Buna görə də tədqiqat qrupu 2011-ci il üzrə proqnozlaşdırmanı Şərti VAR metodu ilə apararaq, 11,2 faizlik bir göstərici əldə edib".
Layihə çərçivəsində eyni zamanda ictimai maarifləndirmə kampaniyası (seminar, mətbuat konfransları, radiodebatlar, talk-şoular, KİV-lərdə məqalələrin dərc olunması, rüblük və illik iqtisadi icmalların hazırlanması, press-relizlərin yayılması və sair) və vəkillik işləri(təklif və tövsiyələrin hazırlanması və müvafiq dövlət strukturlarına təqdim olunması, dəyirmi masa müzakirələri, yekun konfransın təşkili və sair) də həyata keçirilib.
Təqdimatdan sonra Q.İbadoğlu iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Tədbir sərbəst müzakirələrlə davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB