Azərbaycan neftinin qiyməti 43 ABŞ dollarına yüksəlib

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,97 ABŞ dolları, yaxud 7,35% artıb.

SİA xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 43,38 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci ilin aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə