OPEK+ konfransına hansı ölkələr qatılacaq?

ABŞ və Kanada OPEK+ ölkələrinin aprelin 9-da video formatda keçiriləcək toplantısına dəvət almayıblar. SİA-nın "Blomberg"ə istinadən verdiyi xəbərə görə, toplantıya təşkilata daxil olmayan 7 ölkə dəvət alıb. Bunlar Argentina, Braziliya, Norveç, Kolumbiya, Misir, İndoneziya, Trinidad və Tabaqodur.

Konfrans zamanı ölkələr neft hasilatının gündə 10 milyon barel azaldılmasını müzakirə etmək niyyətindədirlər. Bununla yanaşı Səudiyyə Ərəbistanı tərəfindən rəsmi olaraq elan edəcəyi G20 ölkələrinin enerji nazirləri səviyyəsində bir görüşün olacağı da gözlənilir.

Qeyd edək ki, bundan öncə Norveç toplantıda yalnız müşahidəçi qismində iştirak edəcəyini açıqlamışdı.

Məlumat üçün nəzərinizə çatdıraq ki, OPEK+ toplantısı aprelin 6-da keçirilməli idi. Lakin onun tarixi aprelin 9-u ilə dəyişdirilib. Tarixin dəyişdirilməsinin səbəbi isə neft hasilatının azaldılmasının fərdi həcmləri barədə iştirakçıların ilkin razılığa gəlməmələridir.

Üç ildir Rusiya və Səudiyyə Ərəbistanının razılığı ilə reallaşdırılan və hasilatı məhdudlaşdırmaqla neftin qiymətini 60 dollar səviyyəsində saxlamaq imkanı verən OPEC + sazişinin vaxtı 31 mart 2020-ci ildə başa çatıb. Ən böyük iki iştirakçının bir-birinə zidd mövqeləri sazişin müddətinin uzadılmaslna imkan vermədi. Razılaşmanın ləğvi neft qiymətlərinin kəskin ucuzlaşmasına səbəb oldu.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...