Türkiyədə sərnişin avtobusun qəzaya uğrayıb, azı 6 nəfər ölüb, 39 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Türkiyənin NTV televiziyasına istinadla yayıb.
Bildirilir ki, hadisə Ankara-Aksaray şosesində baş verib. Avtobusda sıxılmış vəziyyətdə qalan insanların xilas edilməsi üçün əməliyyat aparılır.
Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB