Türkiyədə avtobus qəzası: 6 ölü, 39 yaralı

8 Sentyabr 2018 09:22 (UTC+04:00)

Türkiyədə sərnişin avtobusun qəzaya uğrayıb, azı 6 nəfər ölüb, 39 nəfər xəsarət alıb. SİA xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi Türkiyənin NTV televiziyasına istinadla yayıb.

Bildirilir ki, hadisə Ankara-Aksaray şosesində baş verib. Avtobusda sıxılmış vəziyyətdə qalan insanların xilas edilməsi üçün əməliyyat aparılır.

Hadisə yerinə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub.