Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi "Neft daşları" yatağındakı 1887-ci özüldə 2279 nömrəli quyuda qazma işlərini başa çatdırıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Neft daşları" NQÇİ-nin sifarişi ilə Fasilə lay dəstəsinə qazılmış quyu sutkada 43 ton neft hasilatı ilə işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB