“Neft daşları”nda yeni quyu istismara verilib

30 Noyabr 2010 09:23 (UTC+04:00)
Kompleks Qazma İşləri Trestinin "Bayıl Limanı" Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi "Neft daşları" yatağındakı 1887-ci özüldə 2279 nömrəli quyuda qazma işlərini başa çatdırıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "Neft daşları" NQÇİ-nin sifarişi ilə Fasilə lay dəstəsinə qazılmış quyu sutkada 43 ton neft hasilatı ilə işləyir.