İran-Azərbaycan arasında dərin tarixi və mədəni əlaqələr mövcuddur AÇIQLAMA

“Azərbaycanın beynəlxalq müstəvidə cəlbediciliyini artıran ən mühüm amillərdən biri də onun bölgədə sülh, sabitlik elementi rolunu oynaması və həyata keçirdiyi beynəlxalq layihələrdir. İran Prezidentinin ölkəmizə səfəri və bunun müsbət nəticələri görüşün yüksək səviyyədə keçməsi bunu bir daha təsdiqləyir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, İran-Azərbaycan arasında dərin tarixi və mədəni əlaqələr mövcuddur: “Xalqlarımız əsrlər boyu bir yerdə yaşamış və ölkələrimizin tarixi, mədəniyyəti, milli irsi, hər kəs üçün üçün əziz və dəyərlidir. Ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələr yüksələn xəttlə inkişaf edir. Həmçinin Azərbaycan və İran arasında dərinləşən münasibətlər regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinədir. İranla Azərbaycan arasında Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş tarixi əhəmiyyət daşıyan sənədlərdir. Bu ölkələrin yeraltı və yerüstü zəngin sərvətləri var və bundan səmərəli istifadə etmək lazımdır. Xəzərdə tarixi razılaşma nəticəsində dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək, hər iki dövlətə və xalqa fayda gətirəcəkdir. Eyni zamanda, Astara-Rəşt dəmir yolu hissəsinin tikintisinin maliyyələşdirilməsi haqqında Saziş, müvafiq tikinti işlərinə başlanması Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində mövcud olan yeganə boşluğu aradan qaldıracaq. Qitələri birləşdirəcək Astara-Rəşt dəmir yolu qısa müddət ərzində tikiləcək və bütün Avrasiya regionu üçün yeni imkanlar açılacaqdır. Rəşt-Astara dəmir yolu layihəsinin icrası ilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsi istifadəyə hazır vəziyyətə gətirilmiş olacaq və bu marşrutdan istifadə edərək, Hindistan və Çin öz məhsullarını Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya nəql edə biləcək. Rəşt-Astara dəmir yolunun istifadəyə verilməsi ilə İranın cənubundan yüklərin Avropaya göndərilməsi də xeyli asanlaşacaq və ölkənin valyuta gəlirləri artacaq”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə