Kreml Qələbə Paradında KXDR ordusu ilə bağlı bir detalı açıqlayıb

Qələbə paradında Kursk vilayətinin azad edilməsində iştirak edən Şimalı Koreya (KXDR ) bölmələrinin komandirləri iştirak ediblər.

SİA-nın məlumatına görə, bu barədə Birinci Kanalda Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

...Bunlar ən yüksək rütbəli zabitlər, yəni Koreya hərbçilərinin Kursk vilayətinin azad edilməsi əməliyyatında iştirakını təmin edən komandirlər idi, - deyə o bildirib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi əlavə edib ki, Rusiya lideri Şimali Koreya ordusunun zabitləri ilə görüşüb və onlara təşəkkür edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə