Putin Fikonun yerişinə diqqət çəkib...

Rusiya prezidenti Vladimir Putin Slovakiyanın baş naziri Robert Fikonun yerişinə diqqət çəkib.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Baş nazirlə əl sıxma zamanı Rusiya lideri onun idman yerişinin olduğunu qeyd edib.

Fiko və Putin Qələbənin 80-ci ildönümünü qeyd etmək üçün Rusiyaya gələn xarici nümayəndə heyətlərinin başçılarının şərəfinə Kremldə keçirilən qala-ziyafətdən sonra çıxış ediblər. Slovakiyanın baş naziri mayın 8-də Moskvaya gəlib, onun marşrutu Macarıstan, Rumıniya, Qara dəniz və Gürcüstandan keçməklə, Estoniya, Litva və Latviya xüsusi reysin öz hava məkanından keçməsini qadağan edib.

Fiko həmçinin mayın 9-da Rusiyaya gəlmək qərarına görə təhdidlər aldığını bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə