"Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub" - ŞƏRH EDİLDİ

"9 May faşizm üzərində qələbə kimi qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, İkinci dünya müharibəsində keçmiş SSRİ ərazisində yaşayan xalqlar, o cümlədən dünyanın əksər mütərəqqi ölkələrinin birgə səyi nəticəsində faşizm üzərində qələbə qazanılıb: "Alman narsizmi məğlub edilib. Bu savaş 40 milyondan çox insanın həyatına son qoyub. Dünya tarixinin gördüyü ən böyük itkilərlə müşahidə olunan savaşdır.

Dünyanın əksər ölkələri bu savaşda iştirak ediblər. Məhz bu gün o baxımdan çox önəmli, əlamətdar bir gündür. Bu gün Azərbaycanda da qeyd olunur. O zaman keçmiş SSRİ-nin ərazisində olan Azərbaycan Respublikasının əhalisindən 600 min nəfər bu müharibədə iştirak üçün cəbhəyə yollanıb. Onlardan 300 mindən çoxu həyatlarını itiriblər. Azərbaycan xalqı da onların xatirəsini hər zaman yad edir. Hər il olduğu kimi bu il də yenə anım tədbirləri keçirildi.

Bu gün narsizm üzərində qələbə kimi qeyd olunur. Əslində bu gün həm də bəşəriyyətə bu mesajı verir ki, müharibə cinayətləri və xalqların ərazi bütövlüyünə qəsd olunması, işğal, təcavüz faktları qəbul olunmayan faktlardır. Dünya ümumiyyətlə, bu tipli ideologiyalara və cinayətkar hərəkətlərə qarşı birgə səy göstərməlidir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə