Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb

2017-ci ilin iyun ayı ərzində 2 milyon 15 min 323 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. SOCAR-dan SİA-ya verilən məlumata görə, (Bu həcmin 1 milyon 429 min 248 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.) Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 290 min 851 ton təşkil edibdir.

Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər Ceyhan limanından 332 milyon 125 min 450 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə