Rusiyanın aşağı büdcəli "Pobeda"aviaşirkəti oktyabrın 31-dən başlayaraq Azərbaycana reyslər həyata keçirəcək.
SİA Rusiya KİV-ə istinadən xəbər verir ki, reyslər həftədə dörd dəfə- bazar ertəsi, çərşənbə, cümə və bazar günləri olacaq. Aviaşirkət uçuşları Rostov-Bakı-Rostov marşurutu üzrə uçuşlar reallaşdıracaq.
Bu, artıq Azərbaycana uçuşlar təşkil edən beşinci aşağı büdcəli aviaşirkətdir.
Hazırda aşağı büscəli sayılan Flydubai, WizzAir, Pegasus və AirBaltic Azərbaycana uçuşlar həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB