“Pobeda” Azərbaycana reyslərə başlayır

23 Sentyabr 2016 10:01 (UTC+04:00)

Rusiyanın aşağı büdcəli "Pobeda"aviaşirkəti oktyabrın 31-dən başlayaraq Azərbaycana reyslər həyata keçirəcək.

SİA Rusiya KİV-ə istinadən xəbər verir ki, reyslər həftədə dörd dəfə- bazar ertəsi, çərşənbə, cümə və bazar günləri olacaq. Aviaşirkət uçuşları Rostov-Bakı-Rostov marşurutu üzrə uçuşlar reallaşdıracaq.

Bu, artıq Azərbaycana uçuşlar təşkil edən beşinci aşağı büdcəli aviaşirkətdir.

Hazırda aşağı büscəli sayılan Flydubai, WizzAir, Pegasus və AirBaltic Azərbaycana uçuşlar həyata keçirir.