“Excelsior Hotel Baku” otelində PR mövzusunda təlim keçiriləcək

12 may 2016-cı il tarixində "Excelsior Hotel Baku" otelinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin tələbələri üçün ictimaiyyətlə əlaqələr işinin qurulması mövzusunda təlim keçiriləcək. Təlimin məqsədi ictimaiyyətlə əlaqələr işinə maraq göstərən və gələcəkdə özünü bu sahədə sınamaq istəyən gəncləri bu sahənin əsas prinsipləri ilə tanış etməkdir.

Təlimdə "Veysəloğlu" şirkətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov PR işinin məqsəd və prinsipləri, Bakcell şirkətinin Korporativ Kommunikasiya bölməsinin rəhbəri Süheyla Cəfərova Korporativ Sosial Məsuliyyət, Mədəniyyət və Turizm nazirliyinin informasiya, elektron media və resurslarla iş sektorunun müdiri, "Mədəniyyət.az" jurnalının redaktoru Zöhrə Əliyeva jurnalist etikası, "AtaHolding" ASC Kommunikasiyalar şöbəsinin rəisi Dilara Zamanova isə şirkətlərdə daxili kommunikasiyalar mövzuları üzrə təqdimatlar edəcəklər. Tədbirdə PR ekspertlər də iştirak edəcəklər.

Tədbirdə iştirak etmək istəyən tələbələr CV-lərini və qısa maraq məktubunu pr@ataholding.az ünvanına göndərə bilərlər. İştirakçılar seçim əsasında müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə